Haqqımızda Reklam
20 
Yan
2022
20:41
33
10
2590

Azərbaycan Gürcüstanla gömrük sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyevlə Gürcüstanın maliyyə naziri Laşa Xutsişvili ilə görüşüb. 24News.ge xəbər verir ki, görüşdə Gürcüstan və Azərbaycan arasında gömrük sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Görüş zamanı səfir Faiq Quliyev yeni gömrük attaşesi Fuad Qasımovu təqdim edib. Agentliyin məlumatına görə, görüşdə Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin rəhbəri Levan Kakava və Gəlirlər Xidmətinin rəis müavini Vladimir Xundadze də iştirak ediblər. Görüşdə maliyyə naziri Gürcüstan və Azərbaycan Respublikası arasında həm ikitərəfli, həm də çoxtərəfli formatda ticarət-iqtisadi, tranzit və nəqliyyat sahələrində tərəfdaşlığın əhəmiyyəti vurğulanıb. Tərəflər iqtisadi, tranzit və nəqliyyat sahələrində tərəfdaşlığın vacibliyinə toxunaraq, 29 sentyabr 2021-ci il tarixində Bakıda keçirilmiş Azərbaycan və Gürcüstan arasında İqtisadi Əməkdaşlıq sahəsində Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında Azərbaycan Respublikası və Gürcüstan arasında dövlət sərhəd buraxılış məntəqələri haqqında Saziş” imzalanmasının əhəmiyyətini vurğulayıblar. Tərəflər arasında aparılan danışıqlarda pandemiya şəraitində həyata keçirilən, həm sərnişinlərin, həm də yüklərin maneəsiz hərəkətini təmin edən prosedurlara da toxunulub. Azərbaycan Respublikasının Gürcüstandakı səfiri öz növbəsində qeyd edib ki, Azərbaycan tərəfi Azərbaycan və Gürcüstan gömrük idarələri arasında səmərəli əməkdaşlığın gücləndirilməsi istiqamətində səylərini davam etdirəcək.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989