Haqqımızda Reklam
05 
Yan
2022
15:26
8
73
4232

Zaur Darğallı verdiyi bir sıra vədləri yerinə yetirməyib - "Fack Check"

Zaur Darğallı Marneuli meri postuna namizəd olduğu zaman 9 kəndə su veriləcəyi və 11 kəndin daxili yollarının təmir olunacağı ilə bağlı verdiyi vədləri yerinə yetirməyib. 24News.ge xəbər verir ki, bu barədə "Fack Check" təşkilatının ictimai-siyasi sahədə tanınan şəxslərin verdikləri vədləri yerinə yetirib-yetirmədikləri ilə bağlı analiz-hesabatında qeyd olunub. Hesabatda, 2019-cu ildə Marneulidə keçirilən növbədənkənar mer seçkilərində "Gürcü Arzusu" partiyası tərəfindən namizədliyi irəli sürülən Zaur Darğallının mer seçiləcəyi təqdirdə, Beytarapçı, Təzəkənd, Əzizkənd, Baytallı, Xuldərə, Quşçu, Xancığazlı və Alget sakinlərini içməli su ilə təmin edəcəyinə söz verdiyi bildirilir. Lakin Algetdən başqa Zaur Darğallının vəd verdiyi kəndlərdən heç birinə suyun çəkilməsi ilə bağlı heç bir iş aparılmayıb və hazırkı mərhələdə tender elan olunması ilə bağlı məlumat da yoxdur. Bu kəndlərin içməli su ilə təmin olunması üçün lazım olan vəsaitin bələdiyyənin 2021-ci il büdcəsində nəzərdə tutulmadığı qeyd olunub. Bununla yanaşı, Zaur Darğallının mer seçiləcəyi təqdirdə, Marneuli Bələdiyyəsinin 11 kəndinin -Candar, Qasımlı, İlməzli, Keşəli, Burma-Təzəkəndi, Kirəçmuğanlı, Sabirkənd, Qızılhacılı, Xixani, Dioqnis və Qırıxlı kəndlərinin daxili yollarının təmir olunacağı vədini edib, lakin bunlardan sadəcə Kirəçmuğanlı və Xixanidə təmir-bərpa işləri aparılıb. Qalan 9 kəndin daxili yollarının bərpası isə nə Marneuli Bələdiyyəsinin 2021-ci il büdcəsində, nə də elan olunan tenderlərdə yer almayıb. Dolayısı ilə bu kəndlərdə daxili yolların bərpa olunması heç nəzərdə də tutulmayıb. Müvafiq olaraq, "Fack Check" təşkilatı Zaur Darğallının verdiyi vədləri yerinə yetirmədiyi qənaətinə gəlib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989