Haqqımızda Reklam
29 
Nybr
2021
13:58
65
9
8840

Məhkəmə iclasında Saakaşvili vətəndaşlara müraciət etdi: "İndi baş verənləri birlikdə bitirməliyik"

"Vətənimizin qürur hissi üçün darıxmamısınızmı? İnkişaf tempi üçün darıxmamısınızmı? Yenilik və yenidən qurulma üçün darıxmamısınızmı? Sevgi üçün darıxmamısınızmı? Qələbəni qeyd etmək üçün darıxmamısınızmı? Əgər bütün bunlar üçün darıxmısınızsa, ozaman indi baş verənləri birlikdə bitirməliyik". 24News.ge xəbər verir ki, bu sözləri Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili, 7 noyabr hadisələri ilə bağlı hazırda keçirilən məhkəmə zalından əhaliyə müraciəti zamanı deyib. O, çıxışında saxlanıldığı ana qədər əhali ilə ünsiyyətdə olduğunu və insanların çox ağır vəziyyətdə olduğunu bildirib: “İlk növbədə hazırda çöldə duran insanları salamlamaq, Gürcüstan cəmiyyətini salamlamaq istəyirəm və sizlərə sual vermək istəyirəm. Mən bir neçə gün Gürcüstanda sərbəst gəzdim, əsir götürülməmişdən əvvəl insanlarla ünsiyyətdə olmaq imkanım oldu və gördüm ki, insanlar çox əsəbidirlər, insanlar ümidsizdirlər, insanlar praktiki olaraq gülümsəmirlər, insanlar çox bədbəxtdirlər və mən sizdən, əziz gürcü xalqımdan soruşmaq istəyirəm - Vətənimizin qürur hissi üçün darıxmamısınızmı? İnkişaf tempi üçün darıxmamısınızmı? indi baş verənləri birlikdə bitirməliyik. Mən Ukraynada mühüm vəzifə tuturdum, üstəlik ən azı iki dəfə Ukraynada baş nazirlik təklifini rədd etmişəm. Mən heç vaxt Ukraynada olduğum qədər yaxşı vəziyyətdə olmamışam, evim, həyətim, yüksək maaşım, hörmətim var idi, mən bütün dünyada mühazirələr oxuyuram, məsələn Meksikada Vergi Məcəlləsi ilə bağlı mühazirə oxuyurdum, lakin mən hər şeyi bir kənara qoydum, müvəqqəti imtina etdim və Gürcüstana gəldim, orada dəqiq bilirdim ki, mən yolda öldürülə bilərdim və ya çatanda öldürülə bilərdim həmçinin, çıxılmaz vəziyyətə düşə bilərdim. Lakin mən 17 ildən çox vaxt keçirdiyim Ukraynanı həqiqətən sevirəm, amma Gürcüstanı dəli kimi sevirəm", - deyə Saakaşvili qeyd edib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989