Haqqımızda Reklam
29 
Nybr
2021
12:14
49
4
5645

Saakaşvilinin məhkəmə iclasından ilk görüntüləri yayıldı

Tbilisi Şəhər Məhkəməsində Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin məhkəməsi başlayıb. 24News.ge xəbər verir ki, bununla bağlı Birinci Kanal məlumat yayıb. İclas zamanı Mixeil Saakaşvili, Prokurorluğu və Gürcüstan məhkəmə sistemini tanımadığını bildirib: "Mən Prokurorluğu və Gürcüstan məhkəmə sistemini tanımıram, mən buraya əvvəlcədən yazılmış komediyanın bir hissəsi olmaq üçün gəlməmişəm", - deyə Saakaşvili bildirib. Qeyd edək ki, hakimlər məhkəmə zalında iştirak etməsinə və görüntüləri yaymağa yalnız Birinci Kanala icazə verib. Saakaşvilinin vəkillərindən biri Şota Tutberidze bir neçə dəqiqə ərzində məhkəmə zalından canlı yayım açsa da hakimlər onun bu yayımını dayandırıblar.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989