Haqqımızda Reklam
29 
Nybr
2021
12:04
44
6
2846

Saakaşvilinin tərəfdarları Tbilisidə mərkəzi yolu bağladılar

Eks prezident Mixeil Saakaşvilinin tərəfdarları Tbilisidə mərkəzi yollardan birini bağlayıblar. 24News.ge xəbər verir ki, onlar polisin güc tətbiq etməsinə etiraz olaraq bunu etdiklərini bildirirlər. Aksiya iştirakçılarından olan Gigi Uqulava, polislərin aksiya iştirakçılarını təxribata çəkdiyini bildirib: “Onları artıq heç milis belə adlandırmaq olmaz. Bu cür yalnız şəxsi itlər davranır. Polisin bu hərəkətini siz özünüz də gördünüz. Bir şəxs kabinənin üstündə dayanıb bayraq yelləyirdi, buna imkan vermədilər və gəlib onu zorla düşürərək aksiya iştirakçılarına qarşı qaz bibərindən istifadə etdilər. Bundan sonra da onlar yolu bağladılar. Polis aksiya iştirakçılarına qarşı təxribat törədir, onlar bunu edirlər ki, sonra desinlər baxın Saakaşvili məhkəməyə gətiriləndə qarşıdurma yaranır", - deyə G. Uqulava bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989