Haqqımızda Reklam
29 
Nybr
2021
11:45
35
12
2603

Baş nazirdən açıqlama: "Ümumilikdə 1 milyon şəxs üçün qumarda iştirak qadağan ediləcək"

"Gürcüstanda yetkinlik yaşına çatan 1 milyona qədər şəxsin kazinolarda qumar oyunlarında iştirakı qadağan ediləcək". 24News.ge xəbər verir ki, bu barədə baş nazir İrakli Qaribaşvili hökumətin bu günkü iclasında bildirib. Onun sözlərinə görə, ölkədə 25 yaşdan aşağı və sosial yardım alan şəxslərin kazinolarda qumar oyunları oynamaları qadağan ediləcək: "Yaşı 25-dən az olan vətəndaşların kazinolarda qumar oyunları oynamaları, həmçinin dövlətdən yardım alan sosial cəhətdən həssas insanların, dövlət məmurlarının, könüllü olaraq məhdudiyyətin təyin olunmasını istəyən şəxslərin və ailə üzvlərinin müraciəti və məhkəmə qərarı ilə kazinolara girişləri qadağan olunacaq", - deyə baş nazir bildirib. Qaribaşvili həmçinin, qumar biznesinin bütün televiziya kanallarında, eləcə də küçələrdə və veb saytlarda reklam yerləşdirilməsi qadağan olunacağını, bununla yanaşı onlayn qumar biznesi üçün yeni qumar vergisi tətbiq ediləcəyini və sektorun ümumi vergitutma bazasının 65-70% artacağını bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989