Haqqımızda Reklam
29 
Nybr
2021
11:32
6
39
3130

Bolnisi-Dmanisi yolunda 4 nəfərin həlak olması ilə nəticələnən qəzanın yeni detalları məlum olub

Bolnisi-Dmanisi yolunun Kazreti yaşayış məntəqəsindən keçən hissəsində bir ailənin 4 üzvünün həlak olması ilə nəticələnən qəzanın yeni detalları məlum olub. 24News.ge yerli sakinlərə istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 16:40-da qeydə alınıb. Məlumata görə, Bolnisi rayonunun Kəpənəkçi kəndindən qayıdan Dmanisi rayonunun Səfərli kənd sakini Şakir Məmmədov "Mitsubishi" markalı avtomobillə ötmə əməliyyatını yerinə yetirərkən qarşıdan gələn yük maşını "KAMAZ"la toqquşub. Nəticədə sürücü Şakir Məmmədov, atası Qurban Məmmədov, həyat yoldaşı Nargilə Məmmədova və ailənin 11 yaşlı övladı hadisə yerində dünyasını dəyişib. Baş verən hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma davam etdirilir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989