Haqqımızda Reklam
28 
Nybr
2021
19:03
56
5
3602

Saakaşvilini ziyarət edən həkim, sabah baş tutacaq məhkəmə iclasına qatıla bilərmi sualına cavab verdi

"Empatiya" tibbi mərkəzinin rəhbəri Mariam Cişkariani, sabiq prezident Mixeil Saakaşvilini ziyarət edib. 24News.ge xəbər verir ki, həkim Saakaşvilinin tibbi cəhətdən ciddi problemlərinin olmadığını və sabahkı məhkəmə iclasına qatıla biləcəyini açıqlayıb. O, deyib ki, qərar Saakaşvilinin özündən asılıdır: "Hazırki nəticələrə görə deyə bilərik ki, Saakaşvilidə post-travmatik stres pozğunluğu mövcuddur və bu onun həbsdə olması faktı ilə bağlıdır. Bundan əlavə, onda əsəb simptomları da özünü göstərir. Məhkəmə prosesinə qatılıb-qatılmamaq məsələsinə gəldikdə isə bu barədə onun özü qərar verəcək. Onun məhkəmə qarşısına çıxa bilməyəcək səviyyədə psixoloji problemi yoxdur", - deyə Mariam Cişkariani əlavə edib. Qeyd edək ki, sabiq prezidentin məhkəməsi sabah, noyabrın 29-na təyin edilib. Penitensiar xidmət isə Saakaşvilinin məhkəmədə iştirakına icazə verib-verməyəcəyi barədə hələlik məlumat açıqlamayıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989