Haqqımızda Reklam
27 
Nybr
2021
15:05
40
21
3605

Gürcüstanda avtomobillərdə siqaret çəkmək qadağan ediləcək

Gürcüstanda taksi və içərisində azyaşlı uşaq olan şəxsi avtomobillərdə siqaret çəkmək qadağan ediləcək. 24News.ge xəbər verir ki, bununla bağlı artıq müvafiq qanunvericilik təşəbbüsü hazırlanaraq parlamentə təqdim olunub. Sözügedən qanuna əsasən, taksilərdə və qayıq kimi nəqliyya vasitələrində siqaret çəkən şəxs 200 lari məbləğində cərimə olunacaq. İçərisində yetkinlik yaşına çatmayan şəxs olan şəxsi avtomobildə isə siqaret çəkən şəxslər 50 lari məbləğində cərimə olunacaqlar. Bundan əlavə, qanun layihəsində bu hərəkətlərin ikinci, üçüncü və sonrakı hər birinə görə cərimələrin ikiqat artırılması nəzərdə tutulur.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989