Haqqımızda Reklam
25 
Nybr
2021
23:02
35
8
2500

Mtavari Arxi kanalının rəhbəri yazılan cəriməni şərh etdi: "Sabahdan kanalda yeni..."

Rabitə Komissiyası tərəfindən 111 903 lari dəyərində cərimələnən "Mtavari Arxi" telekanalının direktoru Nika Qvaramia mətbuat konfransı keçirib. 24News.ge xəbər verir ki, N.Qvaramia bu qərarı ədalətsiz adlandıraraq, cəriməni ödəməyəcəklərini bildirib. O, əlavə edib ki, sabahdan etibarən kanalın efirində Rabitə Komissiyasının üzvləri barəsində "Azad sözün cəlladlarını və Bidzina İvanişvilinin şəxsi senzurasını tanıyın" adlı klip yayımlanmağa başlayacaq. "Bu gün təmamilə qanunsuz şəkildə qərar qəbul edildi. Qərarlar efirimizdə yayımlanan 2 kliplə bağlıdır. Onlar bizim kliplər deyil və sosial reklam kimi bizə təqdim edilmişdi, hansılar ki, reklamın bütün şərtləri qorunur. Bu addımla təkcə medianın hüququ deyil, həmçinin qeyri-hökumət sektorunun fikir azadlığı hüququ da pozuldu. İkinci klipi yəqin ki, xatırlayırsınız. 'Öldürür' adlı bu klipin biri Saakaşvili ilə bağlı danışan siyasətçilərlə, digəri isə həbsxana rəhbərliyi ilə bağlı idi. Bu klipləri hakimiyyət və hökumət seçki öncəsi kampaniya kimi hesab etdi. Mixeil Saakaşvili Gürcüstanın seçki subyekti deyil. Buna görə də həm formal həm də praktiki olaraq bu qərar təmamilə səhvdir. Bu sadəcə bir məqsədə xidmət edir - Bizim redaksiya və ifadə formamızı sərt şəkildə məhdudlaşdırmaq. Biz heç bir məbləğ ödəmək fikrində deyilik. Məhkəməyə şikayət edəcəyik və məhkəmənin bu slnağı keçib-keçməyəcəyini görmüş olacağıq," - deyə Qvaramia əlavə edib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989