Haqqımızda Reklam
25 
Nybr
2021
20:12
32
10
1073

Mehrəliyeva: "Azərbaycan Diplomatik Akademiyası Gürcüstanın ali məktəbləri ilə sıx əməkdaşlıq edəcək"

"Biz Gürcüstanın ali təhsil ocaqları ilə daha sıx əməkdaşlıq yaratmaq istəyirik". 24News.ge xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstanda səfərdə olan ADA-nın Beynəlxalq və ictimai əlaqələr fakültəsinin müəllimi Şəfəq Mehrəliyeva bildirib. Onun sözlərinə görə, artıq bu istiqamətdə işlər başlayıb: "ADA Universiteti bu il təssis olunmasının 15 illiyini qeyd edir. Bu illər ərzində biz beynəlxalq tərəfdaşlarımızla kifayət qədər geniş əməkdaşlıq qura bilmişik. Bu əməkdaşlıq əsasən iki istiqamətdə özünü təzahür edir. Birinci istiqamət xarici ölkə vətəndaşlarının ADA Universitetində bakalavr və magistr pillələrinə cəlb olunması, digəri ikinci istiqamət isə xaricdə tərəfdaş universitetlər taparaq onlarla birgə tələbə və tədqiqat mübadiləsinin həyata keçirilməsidir. Bizim Gürcüstana səfərimizin elə məqsədi də budur. Biz Gürcüstanın ali təhsil ocaqları ilə daha sıx əməkdaşlıq yaratmaq istəyirik", - deyə Ş. Mehrəliyeva bildirib. O, həmçinin Azərbaycanın tarixi zəfərindən sonra ölkənin ictimai diplomatiyasında müxtəlif ölkələr arasında mübadilə proqamlarının artırılmasına böyük ehtiyac olduğunu da qeyd edib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989