Haqqımızda Reklam


25 
Nybr
2021
19:07
15
6
286

Azərbaycan Diplomatik Akademiyasının məsul əməkdaşları Gürcüstana səfər ediblər (FOTO)

Azərbaycan Diplomatik Akademiyasının məsul əməkdaşları Gürcüstanda səfərdədirlər. 24News.ge xəbər verir ki, ADA-nın məsul əməkdaşları Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstan nümayəndəliyinin Tbilisidəki baş ofisində Gürcüstanın müxtəlif ali məktəblərində təhsil alan yerli azərbaycanlı tələbələrlə görüş keçiriblər. Görüşdə sözügedən Akademiyanın yaranması, beynəlxalq əməkdaşlıq əlaqələri və tələbələr üçün yaradılmış imkanlar barədə ətraflı məlumatlar təqdim olunub. Tədbirdə qonaqlar gəncləri maraqlandıran bir sıra sualları da cavablandırıblar. Qeyd edək ki, görüşdə Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları da iştirak ediblər.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989