Haqqımızda Reklam
25 
Nybr
2021
18:15
27
2
1161

Batumi Bələdiyyə binasında müxalifət və iqtidar nümayəndələri arasında qarşıdurma yaşanıb (FOTO)

Batumi Bələdiyyə Məclisinin binasında müxalifət və iqtidar nümayəndələri arasında qarşıdurma yaşanıb. 24News.ge xəbər verir ki, müxalifətdən seçilmiş üzvlər bələdiyyə məclisinə gedərək bu gün baş tutan iclası qeyri-legitim adlandırıblar. Müxalifət nümayəndələri bildiriblər ki, hakim partiya üzvləri yeni bələdiyyə məclisi toplananadək tezləşdirilmiş şəkildə 2022-ci ilin büdcəsini qəbul etməyə çalışıblar. "Vahid Milli Hərəkat" partiyasının üzvü, Mirdat Katamadze etiraz əlaməti olaraq müzakirə ediləcək məsələlərin qeyd edildiyi vərəqi cırıb. Bələdiyyə məclisi binasına polis çağırılıb və hazırda bir neçə üzvün binadan çıxarılmasına çalışılır.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989