Haqqımızda Reklam
25 
Nybr
2021
16:01
20
15
2518

Sürücülük vəsiqəsinin alınması zamanı yeni qaydalar tətbiq olunacaq

25 aprel 2022-ci il tarixdən etibarən, sürücülük imtahanından keçməli olan şəxslər imtahanın keçiriləcəyi küçə barədə əvvəlcədən məlumatlı olmayacaqlar. 24News.ge xəbər verir ki, bu barədə Xidmət Agentliyi məlumat yayıb. Məlumata əsasən, 25 aprel 2022-ci il tarixindən etibarən B və BE kateqoriyalı sürücülük vəsiqəsi almaq istəyən şəxslər praktiki imtahanı 2 hissəli olaraq verməli olacaqlar. Onlar ilk olaraq, əvvəlki qaydada qapalı meydançada imtahan verəcəklər və imtahanı uğurla yekunlaşdıran şəxslər, ikinci hissə olaraq, müəyyən olunmuş küçədə praktiki imtahandan keçəcəklər. İmtahanda iştirak edən şəxslər imtahan boyunca işıqforlara, tənzimlənən və nizamlanmayan kəsişmələrə və hətta magistral yola belə rast gələ biləcəklər. İmtahanın qiymətinə gəldikdə isə, qapalı sahə və nəzəri imtahan üçün ödəniş dəyişməz olaraq qalır. Şəxslər nəzəri imtahanı verdikdən sonra qapalı sahədə 5 pulsuz praktiki imtahanda iştirak edə biləcəklər. Lakin küçələrdə veriləcək imtahanın dəyəri 90 lari olacaq ki, bu da bir dəfə imtahan verilməsi üçün nəzərdə tutulur. Küçədə ikinci və daha çox imtahan verməli olan şəxs, əlavə olaraq yenə də 90 lari ödəməli olacaq.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989