Haqqımızda Reklam
23 
Nybr
2021
14:45
19
18
2736

"Yaşıl Pasport" tətbiqetməsi ilə bağlı açıqlama - 18 yaşdan aşağı şəxslər...

Müxtəlif obyektlərə daxil olarkən 18 yaşına çatmamış şəxs üçün “Yaşıl pasport” məcburi deyil. 24News.ge xəbər verir ki, bu barədə Əmək Müfəttişliyi məlumat yayıb. Məlumatda bildirilib ki, “Yaşıl pasport” tələbi yalnız 18 yaşdan yuxarı vətəndaşlara şamil olunacaq. Qeyd edək ki, dekabrın 1-dən etibarən vətəndaşlar restoran, kafe və bar, kinoteatr, teatrlar, operalar, muzeylər, konsert salonları, əyləncə mərkəzləri, idman zalları, mehmanxanalar, həmçinin dağ kurortları - kanat yolları, kazino və qumar oyunlarının açıq və qapalı yerlərinə daxil olmaq üçün "Yaşıl pasport" təqdim etməli olacaqlar. Uşaq əyləncə mərkəzlərinə gəlincə, “yaşıl pasport” tələbi yalnız 18 yaşdan yuxarı vətəndaşlar üçün keçərli olacaq.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989