Haqqımızda Reklam
26 
Okt
2021
15:03
9
45
1618

Tbilisidə planlaşdırılan mitinqlə əlaqədar Rustaveli prospekti müvəqqəti bağlanacaq

Azadlıq meydanında keçirilməsi planlaşdırılan mitinqlə əlaqədar oktyabrın 27-si saat 00:00-dan etibarən Azadlıq meydanında nəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq. 24News.ge xəbər verir ki, bu barədə paytaxt meriyası məlumat yayıb. Rustaveli prospektinə gəlincə, Respublika meydanından Azadlıq meydanına qədər olan yol hissəsində isə sabah saat 17:00-dan etibarən avtomobillərin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq. Qeyd edək ki, sabah saat 17:00-da Hakim "Gürcü Arzusu" partiyası yekun seçki mitinqini keçirəcək.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989