Haqqımızda Reklam
26 
Okt
2021
15:06
26
9
2495

Sürücülük vəsiqəsi almaq üçün vətəndaşlar yeni avtomobillərdən istifadə edəcəklər (VİDEO)

Gürcüstanda sürücülük vəsiqəsi almaq üçün nəzərdə tutulan praktiki imtahanların avtomobilləri yenilənib. 24News.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata əsasən, bu gündən etibarən “B” kateqoriyalı vəsiqə almaq istəyən şəxslər müasir, GPS sistemi ilə təchiz olunmuş, “SKODA RAPID” model avtomobillərlə praktiki sınaq imtahanından keçəcəklər. Qeyd edək ki, 2021-ci ilin əvvəlində yalnız Rustavi və Qori struktur bölmələrində köhnə sınaq maşınları yeniləri ilə əvəz edilmişdi, lakin bu gündən etibarən bütün ölkə üzrə struktur bölmələrində olan avtomobillər yenilənib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989