Haqqımızda Reklam
26 
Okt
2021
13:35
56
7
11263

Eks prezident, Salome Zurabişviliyə müraciət etdi: "Saakaşvilinin taleyi ilə..."

Gürcüstanın 4-cü prezidenti Giorgi Marqvelaşvili, Mixeil Saakaşvili ilə görüşməsi üçün, Salome Zurabişviliyə müraciət edib. 24News.ge xəbər verir ki, G. Marqvelaşvili həbsdə olan prezidentin taleyi ilə Zurabişvilinin maraqlanmalı olduğunu deyib. Onun sözlərinə görə, Saakaşvilinin əfv olunması Zurabişvilinin üzərinə düşən qərar və yükdür: "Keçmiş prezidentin məsələsi, avtomatik olaraq indiki prezidentin səlahiyyətindədir. Hesab edirəm ki, hazırkı prezidentin bu məsələ ilə maraqlanması böyük məsuliyyətdir. Mən demirəm ki, onu mütləq əfv etsin, bu onun öz üzərinə düşən qərar və yükdür, amma hazırkı prezident həbsdə olan prezidentin taleyi ilə maraqlanmalıdır. Lazım və ehtiyac olsa, mən də bu prosesdə iştirak edə bilərəm. Hər üç prezidentin danışa biləcəyi səlahiyyətdə, siyasi qazanc və ya siyasi itki məsələsi olmamalıdır, bu məsələ dövlətimizin talehi barəsində olmalıdır ki, ölkəmizi sarsıtmayaq", - deyə G. Marqvelaşvili bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989