Haqqımızda Reklam
26 
Okt
2021
13:27
5
31
2015

Gürcüstanda peyvənd dolayı yolla məcburi edilə bilərmi? - Qamqrelidzedən açıqlama

"Koordinasiya Şurasında peyvəndin dolayı yolla məcburi edilməsinə dair müzakirələr aparılır". 24News.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamqrelidze, Koordinasiya Şurasının iclasından sonra keçirilən brifinq zamanı danışıb. Onun sözlərinə görə, Xəstəliklərə Nəzarət Milli Mərkəzi "Yaşıl Pasport" sisteminin qəbul edilməsi üçün Koordinasiya Şurasına paket təqdim edib: "Xəstəliklərə Nəzarət Milli Mərkəzi bu gün Koordinasiya Şurasına Səhiyyə Nazirliyi ilə birlikdə müzakirə edəcəyi paketi təqdim edib. Bu yaşıl pasportla bağlı tam bir paketdir. Görək hansı qərar veriləcək, düzdür peyvəndin məcbur edilməsi kifayət qədər çətin qərardır, asan deyil, lakin mən bir həkim kimi bunu dəstəkləyirəm. Peyvəndin məcburi olması ilə bağlı qərar vermiş uğurlu ölkələr əsasən birbaşa deyil, dolayı yolla, yəni yaşıl pasport sistemi ilə hərəkət edirlər və bizim də müzakirələrimiz yaşıl pasportun necə və hansı sistemdə qəbul edilməsi barədə aparılır", - deyə Qamqrelidze bildirib. Qeyd edək ki, bir sıra ölkələrdə ticarət obyektlərinə və s. yerlərə daxil olmaq üçün yaşıl pasport tələb olunur.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989