Haqqımızda Reklam
25 
Okt
2021
14:23
19
69
2896

Hakim "Gürcü Arzusu" partiyası Tbilisidə genişmiqyaslı mitinq keçirəcək

Oktyabrın 27-də “Gürcü Arzusu” partiyası Tbilisinin Azadlıq meydanında yekun seçki mitinqini keçirəcək. 24News.ge xəbər verir ki, bu barədə "Gürcü Arzusu" partiyasının rəhbəri İrakli Kobaxidze açıqlama verib. Onun sözlərinə görə, gürcü xalqının gücünü bir daha nümayiş etdirmək üçün bir araya gəlinəcək: "Nəzərinizə çatdırırıq ki, 27 oktyabr saat 17:00-da partiyamızın tərəfdarlarının yekun seçki mitinqi keçiriləcək. Ölkəmizin on minlərlə vətəndaşı qəddarları məğlub etmək, ləyaqət və azadlığı qorumaq, ölkəmizin tərəqqisi və inkişafı uğrunda mübarizə aparan gürcü xalqının gücünü bir daha nümayiş etdirmək üçün, bir araya gələcək", - deyə İ. Kobaxidze bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989