Haqqımızda Reklam
25 
Okt
2021
12:18
29
9
3936

Ədliyyə Evlərinin fəaliyyəti ilə bağlı yeni qərar verildi - Əvvəlcədən qeydiyyat ləğv olunur

Bu gündən etibarən Ədliyyə Evlərinə getmək üçün əvvəlcədən qeydiyyatdan keçməyə ehtiyac olmayacaq. 24News.ge xəbər verir ki, bu barədə Ədliyyə Evlərinə qeydiyyat üçün nəzərdə tutulmuş portalda qeyd olunub. Məlumata əsasən, 25 oktyabrdan etibarən Ədliyyə Evlərinə getmək istəyən vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməyəcəklər və əvvəlki qayda olaraq birbaşa gedərək xidmətlərdən yararlana biləcəklər. Qeyd edək ki, əvvəlcədən qeydiyyat üçün yaradılmış portal da artıq ləğv edilib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989