Haqqımızda Reklam
23 
Okt
2021
11:16
33
3
642

Dini Agentlik Gürcüstan müsəlmanlarını Hz Peyğəmbərin (s) və İmam Cəfər Sadiqin (ə) mövludu münasibətilə təbrik edib

Dini Məsələlər üzrə Dövlət Agentliyi müsəlmanları Hz Məhəmmədin (s) və imam Cəfər Sadiqin (ə) doğum günü münasibətilə təbrik edib. 24News.ge xəbər verir ki, təbrik məktubu Dini Məsələlər üzrə Dövlət Agentliyinin rəsmi saytında dərc olunub. Təbrikdə, Agentlik müsəlmanlara xeyirxahlıq, sülh və uğurlar arzulayıb: "Bu gün, oktyabrın 23-də şiə müsəlmanları eyni vaxtda iki bayramı qeyd edirlər. Ənənəvi olaraq 571-ci ildə Məkkədə anadan olan Məhəmməd peyğəmbərin mövludu və altıncı imam Cəfər əl- Sadiqin doğum gününü qeyd edirlər. Dini Məsələlər üzrə Dövlət Agentliyi şiə dünyasını və Gürcüstanda yaşayan müsəlmanları bu gözəl bayram münasibətilə təbrik edir, onlara xeyirxahlıq, sülh və uğurlar arzulayır", - deyə təbrikdə qeyd olunub.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989