Haqqımızda Reklam
17 
Okt
2021
09:31
23
4
851

Qardabanidə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib

Qardabani Gənclər Mərkəzinin ofisində 18 oktyabr Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib. 24News.ge xəbər verir ki, tədbirin aparıcısı Səlahəddin Piriyev tədbir haqqında qonaqlara məlumat verdikdən sonra çıxış üçün sözü, Qardabani Gənclər Mərkəzinin icraçı direktoru Hacı Bəkiroğluna verib. Dəvətlərini qəbul edib gəldikləri üçün qonaqlara təşəkkürünü bildirən Hacı Bəkiroğlu öz çıxışında müstəqillik günü münasibətlə dünya azərbaycanlılarını təbrik edib və Gürcüstan Azərbaycan münasibətlərinə toxunub. Sonra Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin nümayəndəsi Sərxan İsmayılov çıxış edərək müstəqil Azərbaycan Respublikasının uğurlarından və Gürcüstanla olan iqtisadi, siyasi və digər münasibətlərindən söz açıb. Daha sonra Azərbaycan Respublikasının Diasporla İş Üzrə Dövlət Komitəsinin nümayəndəsi Zaur Ramazanov, Gürcüstan Azərbaycanlıları Ağsaqqalları Şurasının sədr müavini Mayak Nemətov, 4 nömrəli ictimai məktəbin müəllimi Muradxan Eminov və ictimai fəal Məhəmməd Sarıyev çıxış ediblər. Tədbirdə Qardabani Gənclər Mərkəzinin nəzdində fəaliyyət göstərən dil kurslarının tələbələri Azərbaycanla bağlı şeirlər səsləndiriblər. Həmçinin tədbirdə QHT təmsilçiləri, ictimaiyyət nümayəndələri, universitet tələbələri və Qardabani Gənclər Mərkəzinin nəzdində fəaliyyət göstərən dil kurslarının tələbələri də iştirak ediblər.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989