Haqqımızda Reklam
14 
Okt
2021
16:34
32
35
2190

Tbilisidə mərkəzi Rustaveli prospekti bağlanıb

"Vahid Milli Hərəkat"ın planlaşdırdığı mitinqlə əlaqədar olaraq Respublika Meydanından Azadlıq Meydanına gedən yol müvəqqəti olaraq bağlanıb. 24News.ge xəbər verir ki, bu barədə Tbilisi şəhər meriyası məlumat yayıb. Sərnişin avtobuslarının hərəkət marşrutu da müvəqqəti olaraq alternativ yollarla dəyişdirilib. Qeyd edək ki, bu gün saat 18:00-da Azadlıq meydanında eks prezident Mixeil Saakaşvilinin azad edilməsi tələbi ilə genişmiqyaslı etiraz aksiyası keçiriləcək.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989