Haqqımızda Reklam
14 
Okt
2021
14:22
16
41
1569

Tbilisidə parlament binasına xüsusi təyinatlılar gətirilib

Paytaxt Tbilisidə Parlament binasının həyətinə və ətrafına xüsusi təyinatlılar gətirilib. 24News.ge xəbər verir ki, onlar sarı avtobus və pikaplarla gətiriliblər. Bununla yanaşı, xüsusi təyinatlılar parlament binası yanında yerləşən Tələbə Gənclik Sarayına da yerləşdirilib. Ehtimal olunur ki, xüsusi təyinatlıların əraziyə cəlb olunması bu gün keçiriləcək aksiya ilə bağlıdır. Xatırladaq ki, bu gün saat 18:00-da Tbilisinin Azadlıq meydanında eks Prezident Mixeil Saakaşvilinin azadlığı tələbi ilə genişmiqyaslı aksiya keçiriləcək.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989