Haqqımızda Reklam
14 
Okt
2021
13:44
52
9
1715

Müxalifət liderindən açıqlama: "Putinin Arzusu Gürcüstanda gerçəkləşməyəcək"

"Vahid Milli Hərəkat"ın liderlərindən olan Zaal Udumaşvili, bu günkü aksiyanın partiya aksiyası olmadığını bildirib. 24News.ge xəbər verir ki, Z. Udumaşvili aksiyaya bir çox partiyanın tərəftarlarının qoşulacağını deyib. Onun sözlərinə görə, bu günkü aksiya Gürcüstanın və Mixeil Saakaşvilinin azadlığı üçündür: "Bugünkü mitinq partiya mitinqi deyil. Bu gün bu meydanda çox adam görəcəksiniz. Aksiyaya Vahid Milli Hərəkatın tərəfdarları və tərəfdarları olmayanlar, digər partiyaların tərəfdarları da qatılacaqlar. Burada fərqi yoxdur kim hansı partiyanı sevir və ya sevmir. Biz bu ölkənin, Mixeil Saakaşvilinin azadlığı uğrunda mübarizə aparırıq. Mixeil Saakaşvili partiyanın prezidenti deyildi, o, ölkənin dirçəlişinə və inkişafına böyük töhfə verən Gürcüstanın üçüncü prezidenti idi. Bidzina İvanişvilinin Mixeil Saakaşvilini həbs etmək haqqı yoxdur. Putinin arzusu bu ölkədə gerçəkləşməyəcək!", - deyə Udumaşvili bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989