Haqqımızda Reklam
14 
Okt
2021
13:07
30
10
1364

Marneulidə Qızılhacılı Futbol Akademiyası yaradılıb

Marneulidə gənclərin təşkilatçılığı ilə, Qızılhacılı Futbol Akademiyası və Klubu yaradılıb. 24News.ge xəbər portalına müsahibə verən akademiyanın təsisçilərindən Emil Həsənov qeyd edib ki, Qızılhacılı Futbol Akademiyasını və klubunu yaratmaqda əsas məqsəd, uşaqlar və gəncləri futbola cəlb etmək, həvəsi olanları professional şəkildə hazırlamaq və onları yüksək formada inkişaf etdirməkdir. E. Həsənov qeyd edib ki, Qızılhacılı Futbol Akademiyası gənclərin bu sahədə yetişdirilməsi ilə məşğul olacaq və eyni zamanda futbol klubu fəaliyyət göstərəcək. Qızılhacılı Futbol klubununun digər təsisçilərindən Sahil Hüseynov isə bildirib ki, sözügedən kluba artıq uşaqlar və gənclər ödənişsiz olaraq qəbul olunur. O, klubun oktyabr ayının 19-u saat 17:00-da açılışı olacağını da bildirib. Qeyd edək ki, Qızılhacılı Futbol Akademiyasına qatılmaq istəyənlər aşağıda göstərilən nömrələrlə əlaqə saxlaya bilərlər: Tel: +995 593 372 773 - Sahil Hüseynov Tel: +995 558 470 770 - Emil Həsənov

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989