Haqqımızda Reklam
14 
Okt
2021
12:30
29
4
2514

Gürcüstanda “oğru dünyası” ilə əlaqəli 3 nəfər saxlanılıb

Paytaxt Tbilisi və Batumi şəhərlərində “oğru dünyası” ilə əlaqəli 3 nəfər saxlanılıb. 24News.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda qeyd olunub ki, saxlanılan şəxslərdən 2-si keçmişdə məhkum olmuş digər biri isə “Dato Tbiliski” ləqəbli “qanuni oğrudur”. İstintaqla müəyyən olunub ki, həmin şəxslər iş adamına hədə-qorxu gələrək ondan külli miqdarda pul tələb ediblər. Qeyd edək ki, faktla bağlı, Cinayət Məcəlləsinin 223-cü bəndi ilə cinayət işi açılıb, saxlanılan şəxsləri 3 ildən 10 ilədək həbs cəzası gözləyir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989