Haqqımızda Reklam
14 
Okt
2021
11:57
52
5
2696

“Mişaya azadlıq” aksiyasına ölkənin bir sıra rayonlarından avtomobil karvanları yola düşüb

Bu gün Tbilisidə Mixeil Saakaşvilinin azad olunması tələbi ilə keçiriləcək aksiyada iştirak etmək üçün artıq bir çox regiondan avtomobil karvanları yola düşüb. 24News.ge xəbər verir ki, Acarıstan, İmereti və Kaxeti bölgələrindən artıq avtomobillər yola düşüb. "Vahid Milli Hərəkat"ın Zuqdidi qərargahının rəhbəri Ana Citladze, Zuqdididən çox sayda insanların gəldiyini, hətta "Qızıl güllər" inqilabı zamanı belə bu qədər insanın aksiyaya getmədiyini bildirib. Poti qərargahının rəhbəri Darecan Çxvitaria isə aksiyaya təkcə Potidən 500 nəfərdən çox insanın qoşulduğunu bildirib. Qeyd edək ki, sözügedən aksiyaya Marneulidən və digər bir sıra Bələdiyyələrdən də avtomobil karvanları yola düşəcək.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989