Haqqımızda Reklam
14 
Okt
2021
11:16
47
6
1362

Tbilisidə Saakaşvilinin azadlığı tələbi ilə genişmiqyaslı aksiya keçiriləcək

Paytaxtı Tbilisidə eks Prezident Mixeil Saakaşvilinin azadlığı tələbi ilə genişmiqyaslı aksiya keçiriləcək. 24News.ge xəbər verir ki, "Vahid Milli Hərəkat" Partiyasının təşkilatçılığı ilə keçiriləcək aksiya “Mişaya azadlıq” adlanır. Genişmiqyaslı aksiya saat 18:00-da Tbilisinin Azadlıq meydanında baş tutacaq. Qeyd edək ki, aksiyanın keçiriləcəyi Azadlıq meydanında artıq səhnə və monitorlar quraşdırılır. Xatırladaq ki, oktyabrın 1-də Tbilisidə saxlanılan Mixeil Saakaşvili hazırda Rustavi həbsxanadadır və 14 gündür ki, aclıq aksiyası keçirir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989