Haqqımızda Reklam
14 
Okt
2021
09:45
40
3
2001

Saakaşvili gəlişi barədə açıqlama verib: "Batumi, Kutaisi, Poti, Lançxutidə və bir neçə yerdə oldum"

"Uzun müddət hazırlaşırdım, bu gəlişimin ilk cəhdi deyildi, hər şey planlaşdırdığım kimi inkişaf etmədi, elə bir şey edildi ki, ilk cəhd az qala faciə ilə başa çatsın". 24News.ge xəbər verir ki, bu barədə eks prezident Mixeil Saakaşvili "Mtavari arxi" kanalına müsahibəsində deyib. O, Gürcüstana Ukrayna qədər səs -küylü qayıtmaq istəmədiyini bildirib: "Risk etmədim, çünki bu ssenaridə vurmaq, partlatmaq və sonra hər şeydə bizi günahlandıracaqdılar. Mixeil Saakaşvili müsahibəsində Gürcüstana gəldikdən sonra Gürcüstanın bir neçə bölgəsinə səfər etdiyini də qeyd edib: “Batumi, Kutaisi, Poti, Lançxuti, Sameqrelonun müxtəlif yerlərini gəzdim. Rikoti aşırımında Lobianidən (Lobyadan hazırlanan kökə) daddım. Saxlanılmazdan öncə xəngəl sifariş etdim. Təəssüf ki, yalnız birini yeməyə fürsətim oldu”, - deyə Saakaşvili bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989