Haqqımızda Reklam
14 
Okt
2021
09:34
33
2
1678

Mixeil Saakaşvili üçün həkim qrupu yaradılıb

Ölkənin sabiq prezidenti Mixeil Saakaşvilinin sağlamlıq vəziyyətinin analiz edilməsi məqsədilə həkimlərdən ibarət multifunksional qrup yaradılıb. 24News.ge xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Rati Breqadze məlumat verib. Onun sözlərinə görə, sabiq prezidentin razılığı olacağı təqdirdə həkimlər onun sağlamlıq vəziyyəti barəsində ictimaiyyəti mütəmadi olaraq məlumatlandıracaqlar. O, həmçinin əlavə edib ki, heç kimə sabiq prezidentin sağlamlıq vəziyyəti ilə bağlı ictimaiyyəti aldatmaq imkanı verilməyəcək: "Heç kimə sabiq prezidentin sağlamlıq vəziyyəti ilə bağlı cəmiyyətdə yalan informasiya yaymaq imkanı verməyəcəyik. Bizim əsas marağımız odur ki, bütün hüquqlar qorunsun və sabiq prezidentin sağlamlıq vəziyyəti stabil olsun. Kimlərin ki, başqa maraqları, konkret halda siyasi maraqları var, tövsiyyə edirik ki, məhbusun vəziyyətindən qaynaqlı olaraq bu tipli addımlardan uzaq dursunlar", - deyə Breqadze əlavə edib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989