Haqqımızda Reklam


14 
Okt
2021
09:29
18
2
730

Türkiyə sakini dünyanın ən uzun qadını kimi rekorda imza atıb

Türkiyə sakini Rumeysa Gelgi dünyanın ən uzun boylu qadın kimi tanınıb. 24News.ge xəbər verir ki, onun boyu 215,16 sm-dir. Rumeysa 2014-cü ildə 18 yaşında olarkən ən uzun gənc qadın kimi rekorda imza atıb. Gelginin yüksək boy artımının səbəbi kimi nadir xəstəliklə - skeletin və daxili orqanların inkişafında sürətli böyümə və anomaliyalara səbəb olan "Weaver" sindromu göstərilir. O, gəzmək üçün təkərli kürsüdən istifadə edir. Qadın insanlara nadir xəstəliklər haqqında məlumat verməyi vacib hesab edir. Rumeysa bildirib ki, insanların çoxu ona hörmətlə yanaşır.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989