Haqqımızda Reklam
14 
Okt
2021
09:23
11
3
1005

Putin növbəti prezident seçkilərində iştirakı barədə sualı cavablandırıb

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin növbəti prezident seçkilərində iştirakı barədə sualı cavablandırıb. 24News.ge xəbər verir ki, dövlət başçısı növbəti prezident seçkilərində iştirakı imkanlarına diqqət çəkib. “Konstitusiya mənə növbəti müddətə prezidentliyə namizəd olmağa icazə verir. Amma bu məsələdə hələ heç bir qərar qəbul edilməyib”. Vladimir Putin xələfinin kim olacağını açıqlamayıb. “Növbəti prezident seçkilərinə kifayət qədər çox vaxt var. Varis haqqında danışıqlar vəziyyətin sabitliyini pozur”. O, siyasi varisi barədə düşünmədiyini qeyd edib: "Bu barədə suallara cavab verməməyi üstün tuturam. Bu, mənim ənənəvi cavabımdır", - deyə Prezident vurğulayıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989