Haqqımızda Reklam
14 
Okt
2021
09:01
9
0
2414

Evdə “Wi-Fi”ın sürətini artırmağın üsulu açıqlandı

top comp ləqəbli rusiyalı bloqer evdə “Wi-Fi”-ın sürətini artırmağın yolunu açıqlayıb. Onun sözlərinə görə, bunun üçün marşrutlaşdırıcı (router) parametrlərində kanal dəyişdirilməlidir. 24News.ge xəbər verir ki, video müəllifi marşrutlaşdırıcının işini qonşunun “Wi-Fi”nın ləngidə biləcəyini deyib. “Başqa mənzillərdə olan cihazların mane olmaması üçün, brauzerdə xüsusi ünvana daxil olaraq marşrutlaşdırıcının parametrləri açılmalı (bu hər cihazda özünəməxsus ola bilər), daha sonra, “simsiz rejim” bölməsində kanal parametrləri dəyişdirilməlidir. Qonşunuz 1-dən 9-a qədər kanal istifadə edə bilər; açılan siyahıya baxırıq və 10, 11, yaxud da 12-ni seçirik. Beləliklə, marşrutlaşdırıcımız qonşularımızın marşrutlandırıcılarından fərqli kanallardan istifadə edəcək”, - deyə bloqer izah edib və bunun sayəsində “Wi-Fi”ın daha sürətli işləyəcəyini bildirib. O vurğulayıb ki, bundan sonra dəyişikliklər yadda saxlanılmalı, ardınca marşrutlaşdırıcının işi yenidən başladılmalıdır. top comp həmçinin marşrutlaşdırıcını pəncərələrin və qapıların yanına qoymamağı tövsiyə edib, çünki qonşu cihazlar ən çox həmin yerlərdə nasazlıqlar yaradır.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989