Haqqımızda Reklam
26 
Sen
2021
19:26
30
5
1468

Marneulidə Hz Peyğəmbərin səhabəsi Hz.Qeysin (r.ə) ziyarətgahında Ərbəin mərasimi keçirilib (FOTO)

Bu gün Hz Peyğəmbərin, İmam Əlinin (ə) və İmam Həsənin (ə) xüsusi yavər və sahəbələrindən olan, eyni zamanda bütün Qafqazda İslam dininin xüsusi ilə Əhli-beyt (ə) məktəbinin yayılıb formalaşmasında böyük rolu olan Həzrəti Qeys İbn Səd İbni Ubadənin (r.ə) ziyarətgahında İmam Hüseynin (ə) və Kərbəla şəhidlərinin Ərbəin (qırx) mərasimi keçirilib. 24News.ge xəbər verir ki, baş tutan mərasimdə ilk öncə Əhli-beyt (ə) məddahı Anar Cəfəri müqəddəs Qurani-Kərimdən ayələr zikr edib. Daha sonra çıxış edən Elçin Daşdanoğlu, Həzrəti Qeysin (r.ə) həyatından qısa məlumat verdikdən sonra İmam Hüseynin (ə) Ərbəini barədə müəyyən mühüm nöqtələrə toxunub. Daşdanov çıxışı zamanı Şəhidlər sərvəri İmam Hüseynin timsalında bütün şəhidləri, o cümlədən Qarabağda islam torpaqlarının azad olunmasında canlarından keçən şəhdiləri yad edərək onların məqamına diqqət çəkib. Sonra çıxış edən mərasimin əsas xətibilərindən İmamcümə Hacı Əziz Nəbiyev, Əhli-beytin (ə) məhəbbətindən və həmin məhəbbətin faydalarından həmçinin Əhli-beyt (ə) yolunda verilən ehsanların faydalarından danışıb. Sonda məclis dua və ehsan süfrəsi ilə yekunlaşıb. Qeyd edək ki, mərasim Gürcüstan Əhli-beyt (ə) cəmiyyəti, həmin cəmiyyətin nəzdində fəaliyyət göstərən "Əhli-beyt (ə)" Aşiqləri Forumu və "Zeynəb (s.ə)" Qadınlar Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989