Haqqımızda Reklam
26 
Sen
2021
11:17
9
25
2102

Mərkəz rəhbəri 5-ci dalğanın hansı şərtlərdə yüngül keçə biləcəyini dedi...

"Ehtimal böyükdür ki, noyabrın sonu dekabrın ikinci yarısında beşinci dalğaya keçəcəyik". 24News.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamqrelidze açıqlama verib. Onun sözlərinə görə, 5-ci dalğanı asan keçməyin yeganə yolu, vətəndaşların peyvənd olunmasıdır: "Ölkəmizdə nə qədər çox vətəndaş peyvənd olunarsa, yeni yoluxma halının ortaya çıxma şansı daha az olar. Noyabr dekabr ayında gözlənilən 5-ci dalğanı asan keçirməyin yeganə yolu peyvənd olunmaqdır. Bu hər birimiz üçün mühüm məsələ olmalıdır, ona görə ki, peyvənd olunmadan biz bu epidemiyanın öhtəsindən gələ bilməyəcəyik və bu hal daha da çətin vəziyyət alacaq. Əgər biz peyvənd olunarqısa noyabr-dekabr aylarında 5-ci dalğanı daha yüngül keçirərik və ən azından avqust aylarında olduğu kimi ağır olmayacaq", - deyə A. Qamqrelidze bildirib. Mərkəz rəhbəri növbəti 3 ay ərzində insanları daha aktiv şəkildə peyvənd olunmağa çağırıb və ölkədə yetərincə vaksin olduğunu bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989