Haqqımızda Reklam
24 
Sen
2021
12:14
4
13
1781

Peyvənd kampaniyası lotereyasının 24 sentyabr tarixinə olan qaliblərinin siyahısı açıqlandı

Peyvənd kampaniyası lotereyasının bu günə olan qalibləri bəlli olub. 24News.ge xəbər verir ki, bu gün 150 nəfər 100 lari, 10 nəfər isə 500 lari məbləğində pul mükafatı əldə ediblər. Lotereyada qalib gələn şəxslərin tam siyahasına bu linkə: https://stopcov.lotto.ge daxil olub baxa bilərsiz. Sözügedən linkə daxil olduğunuz zaman saytda mövcud olan axtarış bölməsində şəxsiyyət vəsiqəsinin nömrəsini yazaraq qalib olub-olmadığınıza dair məlumat əldə edə bilər, həmçinin mövcud olan digər pəncərədə bu gün qalib gələn şəxslərin hansı vaksinlə peyvənd olunduğunu, qalib olan şəxlərin hansı bölgədən olduqlarını, şəxsiyyət vəsiqəsinin kodunun əvvəl və son 3 rəqəmini və həmçinin ad və soyadların baş həriflərini görərək qalibi təyin edə bilərsiniz. Qeyd edək ki, vətəndaşların lotereya bileti, peyvəndə qeydiyyat olduqları zaman onların telefonlarına gələn unikal kod olacaq.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989