Haqqımızda Reklam
18 
Sen
2021
11:07
15
9
1785

Marneulinin daha bir kəndi təbii qazla təmin olundu (FOTO)

Marneuli rayonunun İlməzli kəndi təbii qazla təmin olunub. 24News.ge xəbər verir ki, kəndə qazın verilişi münasibətilə açılış mərasimi keçirilib. Mərasimdə SOCAR prezidenti Rövnəq Abdullayev, Azərbaycanın Gürcüstandakı Fövqəladə və Səlahiyyətli səfiri Faiq Quliyev, eləcə də səfirliyin digər əməkdaşları, Kvemo Kartli qubernatoru Şota Rexviaşvili, millət vəkilləri Savalan Mirzəyev və Zaur Darğallı və Gürcü Arzusunun Marneuli üzrə mer namizədi Kənar Ömərov iştirak ediblər. Tədbirdə qeyd olunub ki, uzunluğu 12.7 km olan qaz xətti ilə kənddə yaşayan 227 abonent təbii qazla təmin edilib. Qeyd edək ki, hazırda SOCAR şirkəti Kvemo Kartli bölgəsində 125 347 abonenti təbii qazla təmin edir. Marneulidə əhalinin qazla təmin edilməsi 84%-ə çatdırılıb, qaz xətlərinin ümumi uzunluğu isə 1185 km. təşkil edir .

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989