Haqqımızda Reklam
18 
Sen
2021
10:39
15
6
2194

Son sutka ərzində ölkə üzrə koronavirusa yoluxanların sayı açıqlandı

Ölkədə koronavirusa yoluxma sayında ötən günlə müqaisədə bu gün qismən azalma müşahidə olunub. 24News.ge xəbər verir ki, son 24 saat ərzində ölkə üzrə 1 997 yeni yoluxma qeydə alınıb. Mövcud virusdan müalicə alan pasiyentlərdən isə 1 232 nəfər sağalıb. Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı 593 763 nəfərə çatıb. Onlardan 558 042 nəfəri isə tam olaraq sağalıb. Bu gün virusdan 52 nəfərin ölməsi ilə bərabər ümumilikdə 8 498 nəfər həyatını itirib. Hazırda ölkə üzrə karantin rejimində 39, stasionar nəzarətdə 5 492 nəfər var. 1 241 nəfər isə xüsusi otellərdə tibbi nəzarətdə saxlanılır. Xatırladaq ki, ötən gün ölkə üzrə 2 039 yoluxma halı qeydə alınmışdı.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989