Haqqımızda Reklam
18 
Sen
2021
09:41
5
13
1102

Mərkəz rəhbəri ölkə üzrə peyvənd olunan həkimlərin sayını açıqladı

"Ölkə üzrə həkimlərin 58%-i iki doza, 76%-i isə bir doza ilə peyvənd olunub". 24News.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamqrelidze açıqlama verib. Qamkrelidze, həkimlər və müəllimlər üçün peyvəndin məcburi olması fikirini dətəklədiyini bildirib: "Həkimlərdə peyvənd vurdurmaq göstəriciləri bir xeyli yüksəkdir və bu belə də olmalıdır. Ümumiyyətlə biz bu barədə tibb işçilərinə çox müraciət edirik. Bildiyiniz kimi, mən bir neçə dəfə bu barədə öz şəxsi fikrimi bildirərək, demişəm ki, səhiyyə sahəsi əməkdaşları və müəllimlər üçün peyvənd məcburi olsun,"-deyə Qamkrelidze əlavə edib. Mərkəz rəhbəri həmçinin, koronavirusun beşinci dalğasından da danışıb. Onun sözlərinə görə, beşinci dalğa noyabrın sonu dekabrın ikinci yarısında beşinci dalğaya özünü göstərə bilər. Həmin vaxtadək daha çox insanın peyvənd olunması, ölkədəki epidemoloji vəziyyətin sabit şəkildə davam etməsinə zəmin yaradacaq.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989