Haqqımızda Reklam
18 
Sen
2021
09:34
3
10
965

Gürcüstan Patriarxlığı, açıqlanan sənədlərlə əlaqədar bəyanat yayıb

Gürcüstan baş patriarxlığı DTX tərəfindən vətəndaşların dinlənildiyi iddiası ilə mediada yayılmış fayllar barəsində bəyanat yayıb. 24News.ge xəbər verir ki, bəyanatda yayılmış faylların böyük hissəsinin yalanlar üzərində qurulduğunu, bəzilərinin həm həqiqət həm də yalan olduğunu, bir qisminin isə həqiqəti əks etdirdiyini bildirir. Bəyanatda həmçinin qeyd edilir ki, bəz televiziyalar kilsə ilə bağlı neqativ mövqeyə malikdir və onların müasir texnalogiyalardan istifadə edərək yayılmış sənədlərin tərkibini dəyişdirmək ehtimalları da mövcuddur: "Göründüyü kimi, yayılmış faylların böyük qismi yalanlar üzərində qurulub, bəzilərində yalan və doğru qarışdırılıb (təxmini olaraq bilərəkdən), bəziləri isə həqiqəti əks etdirir. Diqqətəlayiq hallardan biri də odur ki, bu cür faylları kilsəyə qarşı mənfi fikirdə olan telekanallar yayımlayırlar. Bununla da əhalidə əsassız şübhələr yaratmağa, inamsızlıq toxumları əkməyə çalışırlar. Bununla insanları təhqir və onlara ağır ağrı yaşatmaqdan da çəkinmirlər", - deyə bəyanatda bildirilir. Baş patriarxlıq qeyd edir ki, şəxsi həyatı əks etdirən məlumatların yayılması jurnalistika etikasına uyğun deyil və bu paralel olaraq Gürcüstan qanunverciliyinin pozulması deməkdir. Ancaq, bəzi televiziyalar bütün bunları nəzərə almadan başqalarını təhqir edən bəyanatlar yayırlar: "Bu seçki öncəsi prosesə kilsəni daxil etmək, həmçinin qarışıqlıq və ölkə üçün ciddi problemlər yaradılması deməkdir. Mövcud cinayət əməlinin vaxtında araşırılması çox önəmlidir. Bu ilk növbədə dövlət, milli təhlükəsizlik və bir dəyər məsələsidir. Biz davam edən prosesləri diqqətlə izləyirik və önəmli məsələlərlə bağlı müvafiq müdaxilələrimiz olacaq", - deyə bəyanatda bildirilir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989