Haqqımızda Reklam
17 
Sen
2021
17:48
23
20
5058

Saakaşvilinin keçmiş yüksək vəzifəli məmuru, Ukraynadan Gürcüstana ekstradisiya olunub

Gürcüstanın keçmiş Müdafiə Nazirliyinin Hərbi Polis Departamentinin rəisi Megis Kardava, bu gün Ukraynadan Gürcüstana ekstradisiya olunub. 24News.ge xəbər verir ki, Kardava Kiyevdən Tbilisi Beynəlxalq Hava Limanına gətirilib. Megis Kardava hava limanında ittiham aktı ilə tanış olduqdan sonra cəzaçəkmə müəssisəsinə aparılıb. Kardava 11 cinayət işi üzrə ittiham və məhkum olunub. O, 2017-ci ilin noyabrın 1-də Ukraynada həbs olunub. Gürcüstan tərəfi sabiq məmurun ekstradisiyasını həmin tarixdən tələb edib. Xatırladaq ki, M.Kardava eks prezident Mixeil Saakaşvilinin hakimiyyəti dövründə hərbi polis sistemində çalışıb. O, 2012-ci ildə hakimiyyət dəyişikliyindən sonra ölkəni tərk edib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989