Haqqımızda Reklam
17 
Sen
2021
17:23
11
21
1956

Marneulidə "Avropalı Gürcüstan" partiyasının proporsional siyahısının üzvü partiyanı tərk edib

Marneulidə "Avropalı Gürcüstan" partiyasının proporsional siyahısının üzvü Eldəniz Keçəlov, partiyanı və siyahını tərk edib. 24News.ge xəbər verir ki, bu barədə o, bu gün medialara məlumat verib. E. Keçəlov qeyd edib ki, 2017-ci ildən "Avropalı Gürcüstan" partiyasının sıralarında olub. Partiya daxili ona qarşı edilən haqsızlıqlar səbəbindən həm partiyanı, həm də partiyanın proporsional siyahısını tərk edib. O, artıq proporsional siyahıda olan qeydiyyatın ləğv edilməsi ilə bağlı Dairə Seçki Komissiyasına ərizə təqdim etdiyini də bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989