Haqqımızda Reklam
17 
Sen
2021
16:40
8
36
4634

Mərkəz rəhbəri Gürcüstanda 4-cü dalğanın ardınca 5-ci dalğanın baş verəcəyi tarixdən danışdı

"Yəqin ki, noyabrın sonu dekabrın ikinci yarısında beşinci dalğaya keçəcəyik". 24News.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamqrelidze açıqlama verib. Onun sözlərinə görə, 5-ci dalğanı asan keçməyin yeganə yolu, vətəndaşların peyvənd olunmasıdır: "Dünyada nə qədər çox insan peyvənd olunarsa, yeni yoluxma halının ortaya çıxma şansı daha az olar. Bu gün dünyada təxminən 6 milyard dozada peyvənd var. Dünyada 2,5 milyard insan tam olaraq peyvənd olunub. Ölkəmizdə noyabr dekabr ayında gözlənilən 5-ci dalğanı asan keçirmək üçün, vətəndaşları peyvənd olunmağa çağırırıq", - deyə A. Qamqrelidze bildirib. Qeyd edək ki, ölkənin səhiyyə rəsmiləri dördüncü dalğanın avqust ayının sonlarında keçdiyini açıqlamışdı.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989