Haqqımızda Reklam
16 
Sen
2021
12:58
27
10
1555

Salam Platforması "soyadımıqaytar" kampaniyası çərçivəsində yetərli imza toplayıb

Salam Platforması "soyadımıqaytar" kampaniyası çərçivəsində 25 mindən çox imza toplayıb. Bu barədə 24News.ge xəbər portalına Platformanın təsisçilərindən olan Kamran Məmmədli məlumat verib. Onun sözlərinə görə, hazırda imzaların sayılma prosesi davam edir, sayılan imzaların sayı isə artıq 25 mini keçib. O həmçinin, imza toplama müddətinin 20 sentyabr tarixinə qədər uzadıldığını, lakin yetərli imza toplandığına görə kampaniyanın dayandırıldığını bildirir. Məmmədli, imzaların sona qədər sayıldıqdan sonra notarial qaydada təstiq olunacağını, ardından isə rəsmi şəkildə parlamentə təqdim ediləcəyini deyir. Xatırladaq ki, sözügedən kampaniya Gürcüstanda yaşayan azərbaycanlıların soyadlarının sonluğunda olan “ov”, “yev” və digər sonluqların könüllü olaraq dəyişdirə bilməsinə icazə verilməsi məqsədi daşıyır. Qanun layihəsinin Parlamentdə səsverməyə çıxarılması üçün isə 25 000 imza təqdim edilməlidir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989