Haqqımızda Reklam
10 
Sen
2021
16:36
31
12
3457

Baş nazirdən sevindirici açıqlama: "Ölkədə epidemioloji vəziyyət sabitləşir"

"Ölkədə epidemioloji vəziyyət artıq sabitləşir və vəziyyət sakitləşir". 24News.ge xəbər verir ki, bu sözləri Baş nazir İrakli Qaribaşvili deyib. O qeyd edib ki, heç bir vətəndaş dövlətin qayğısından kənar qalmır: "Bu gün heç bir vətəndaş dövlət tərəfindən qayğısız qalmır, hər kəsə səhiyyə sistemimiz tərəfindən diqqət göstərilir. Buna görə qəhrəman həkimlərimizə bir daha təşəkkür edirəm. Epidemioloqlarımızın və mütəxəssislərimizin sözlərinə görə vəziyyət artıq sabitləşir. Vəziyyət sakitləşməyə doğru gedir. Vətəndaşların sentyabrın sonuna qədər peyvənd olunmaları və özlərini, valideynlərini, qohumlarını və dostlarını buna təşviq etmələri çox vacibdir", - deyə İ. Qaribaşvili bildirib. Baş nazir qeyd edib ki, bu mövsümü pandemiya ilə mübarizədə uğurla başa vurduq, turizim və iqdisadi sahələr bərpa olundu.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989