Haqqımızda Reklam
23 
Iyl
2019
21:48
17
3
2934

Gürcüstanda yaşayan soydaşlarımızın məskunlaşdıqları ən böyük kənd - Sadaxlı

Rəsmi statistikalara əsasən, Sadaxlı kəndi Gürcüstanın azərbaycanlı icmasının məskunlaşdığı ən böyük kənddir. 24News.ge xəbər portalının əməkdaşının araşdırmasına görə, Sadaxlı kəndi Marneuli şəhər mərkəzindən 35 km uzalıqda, Gürcüstan-Ermənistan sərhəddinin yaxınlığında yerləşir. 2002-ci ildə alınan Rəsmi Dövlət Statistikasına əsasən, Sadaxlının əhalisi 9948 nəfər təşkil edirdi və bu nəticəylə Gürcüstanın ən böyük kəndi sayılırdı. 2014-cü ildə aparılan sonuncu rəsmi statistik məlumatlara əsasən ölkə üzrə əhalinin sayının azalması Sadaxlı kəndində də hiss edilmişdir. Məlumatlara əsasən, Sadaxlının faktiki əhalisi 7337 nəfər təşkil edir.(Qeyd. Yalnız həmin dövrdə, yəni əhalinin siyahıya alınma dövründə kənddə yaşayan əhali qeydiyyata alınıb) Qeyd edək ki, Sadaxlı icmasına daxil olan Xuldərə, Təzəkənd, Burma və Mollağlu müstəqil kənd birlikləridir və uyğun olaraq onların əhalisi ayrı hesablanır. Sadaxlı əhalisinin əsas məşğuliyyət sahələri: ticarət, kənd təsərrüfatı və maldarlıqdır.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989