Haqqımızda Reklam
23 
Iyl
2019
21:01
5
7
1897

Axalkalakidə Türkiyədən gələn yük vaqonları dayandırılıb - Aksiya (FOTO)

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun Samtshe-Javaxeti bölgəsinin Axalkalaki rayonunda 3-5 aydır maaşlarını ala bilməyən işçilər bu gün Türkiyənin Ərzurum şəhərindən “Axalkalaki” stansiyasına gətirilən yük daşınmasını qarşısını alaraq aksiya təşkil ediblər. Bu barədə 24News.ge Jnews.ge-yə istinadən xəbər verir. BTQ’nın 120-ə yaxın əməkdaşı bu gün ödənilməmiş maaşlarına görə etiraz aksiyası gərçəkləştiriblər. Onların sözlərinə görə, təqribən 3-5 aydır ki, maaşlarımız hələdə verilmir: “Bizim banklara kredit borcumuz var, heç kim bizim barəmizdə düşünmür. Bizə tam şəkildə cavab verilməyənə kimi, biz imkan verməyəcəyik ki, qatarlar yüklənsin. Bu şirkət (" Demiryol ") buradan çıxıb gedəcək bizlərin maaşını ödəmədən. Aylar, illərlə maaş ödəmirlər. Söz verirlər amma həyata keçirmirlər, insanlar öz ailələrinə qayıda bilməz, hər kəsin öz problemləri var" “Azərbaycan Dəmir Yolları”nın Gürcüstan bölməsinin müdiri Əzəmət Bağırov məsələyə münasibət bildirib: “Dəmiryol” şirkəti danışıqlardan sonra işçilərə 24 iyul tarixi saat 14:00-a qədər borclarını alacaqları barədə vəd verib”. “100% söz verirəm ki, 24 iyul saat 14: 00-a qədər bütün maaşlarınız köçürüləcək. Mən bu barədə danışdım razılığa gəldim”, -Deyə qyed edib Ə.Bağırov Hazırda isə işçilər etirazı dayandıraraq, yağan yağışda yenidən yükləməyə davam edirlər. Qeyd edək ki, ötən gün Türkiyənin Ərzurum şəhərindən Baki-Tbilisi-Qars dəmiryolu xətti ilə bu ölkədən Gürcüstana ilk yük daşınması həyata keçirilir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989