Haqqımızda Reklam
23 
Iyl
2019
17:07
3
6
1928

Sadaxlı kəndində sakinlərin mal-qarası tələf olub (FOTO)

Sadaxlı inzibati ərazi vahidliyində sakinlərin mal-qarası tələf olub Bu gün, 23 iyul tarixində Sadaxlı inzibati ərazi vahidliyində mal-qaranın tələf olması halı qeydə alınıb. 24News.ge “Marneuli” radiosuna istinadən xəbər verir ki, əhali mal-qaranın tələf olmasına zəhərlənmənin səbəb olduğunu güman edirlər. Ancaq dəqiq səbəbin nə olduğunu qeyd etməkdə çətinlik çəkirlər. Hələ ki, nə qədər mal-qaranın tələf olduğu məlum deyil, ancaq sakinlər deyirlər ki, vəziyyət ağırdır. Hadisə zamanı inəklər köpüb və yerlilər öz imkanları ilə onları xilas etməyə çalışıblar. Hadisə yerinə Milli Ərzaq Agentliyinin baytar həkimi gedib və bizimlə söhbətində o, inəklərin tələf olmasının dəqiq səbəbini bilmədiyini deyib. Foto: MarneuliTv

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989